Avropa Liqası: "Qarabağ" bu gün qrupda ilk oyununa çıxacaq

Avropa Liqası: "Qarabağ" bu gün qrupda ilk oyununa çıxacaq

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunlarına start veriləək. Azərbaycanın qitənin ən nüfuzlu ikinci klub turnirindəki yeganə təmsilçisi “Qarabağ” da ilk oyununa çıxacaq. Ağdam təmsilçisi Bakıda Norveçin “Molde” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyunun start fiti saat 20:45-də veriləcək. Oyunu şotlandiyalı Con Bitonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. H qrupunun digər matçında Almaniyanın "Bayer 04" komandası İsveç "Hakken"ini qəbul edəcək.