Taekvondoçularımız qitə çempionatında iştirak edəcəklər

Taekvondoçularımız qitə çempionatında iştirak edəcəklər

Sabah Rumıniyanın paytaxtı Buxarestdə 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına start veriləcək. 3 gün davam edəcək yarışda Azərbaycan taekvondoçuları da qüvvələrini sınayacaqlar.

Kişilərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov Avropa çempionatında Səyyad Dadaşov, Xıdır Məmmədov (hər ikisi 54 kq), Rahid Vəliyev (58 kq), Pərviz İsgəndərov (63 kq), Vaqif Hacıyev (68 kq), Nicat İsmayılzadə (74 kq) və Eltac Qafarova (80 kq) şans verəcək.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Park isə qitə birinciliyində Zemfira Həsənzadə (46 kq), Məryəm Məmmədova (49 kq), Səmərrux Osmanova, Səidə Əliyeva (hər ikisi 53 kq), Leyla Bəşirova (57 kq) və Fatimə Məcidovanı (62 kq) sınayacaq.

Komandaya rəhbərliyi Azərbaycan Teakvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək.

Avropa çempionatında beynəlxalq dərəcəli referimiz Aygül Abdullayeva isə ədalət təmsilçiləri sırasında yer alacaq.