"Barselona"nın almaniyalı qapıçısı Mark-Andre Ter Stegen bu həftəəməliyyat olunacaq. Kataloniya klubunun mətbuat xidmətinin X sosial şəbəkəsinəverdiyi məlumata görə, 31 yaşlı qapıçı belindəki ağrılara görəbu qərarla razılaşıb. İspaniya mətbuatının yazdığına görə, bel nahiyəsinəcərrahi müdaxilədən sonra futbolçu təxminən 2 ay yaşıl meydanlardan kənarda qala bilər.
Almaniyalı qapıçı üçün vacib əməliyyat