Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. Boks Mərkəzində təşkil olunan yarışda 1/4 final mərhələsinin döyüşlərinə start verilib. 41 komandadan 167 idmançının iştirak etdiyi yarışın üçüncü günündə 7 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazananlar mərhələ adlamaqla yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Milli komandanın liderləri çətinlik çəkmədən yarımfinala yüksəliblər. Tural Sarıyev, Məsud Yusifzadə, Ümid Rüstəmov, Eldar Quliyev və Rauf Rəhimov dekabrın 7-də finala vəsiqə uğrunda rinqə sıxacaqlar.
Yarışın qaliblərinin adına dekabrın 8-də aydınlıq gələcək.