Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ hiss olunub. Məlumatlara görə, zəlzələnin ocağı Xəzər dənizində yerləşib. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.