İstanbul təmsilçisi qapıçı axtarışında

İstanbul təmsilçisi qapıçı axtarışında

"Qalatasaray" klubu Madrid "Real”ına müraciət göndərib. İstanbul təmsilçisi mövsümün sonu müqaviləsinin müddəti bitəcək Fernando Musleranı Andrey Luninlə əvəzləmək istəyir. "A Spor"un yaydığı məlumata görə, "Kral klubu" 10 milyon avro tələb etsə də, "sarı-qırmızılar" bu məbləği 4 milyon avroya endirməyə çalışır.
Qeyd edək ki, əsas qapıçı Tibo Kurtuanın zədələnməsindən sonra Lunin "Real"la cari mövsüm 7 oyuna çıxıb, 4 top buraxıb.