Dəri əlcək ustalarımızın Azərbaycan birinciliyi yekunlaşdı 

Dəri əlcək ustalarımızın Azərbaycan birinciliyi yekunlaşdı 

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasındanverilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 74 komandanın 408 boksçusu qüvvəsini sınayıb.

Yeddi gün davam edən turnirdə 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərində qalib gələn Rüstəm Şahbazov, Əli Məmmədov, Zakir Həsənzadə, İsmayıl Rzayev, Bağır Əmirxanlı, Sübhan Babayev, Haqverdi Həsənov, Nurlan Abışov, Kənan Aslanlı, Valeh Eyvazlı, Rza Rzayev, İsmayıl Vəliyev, Əmir Abasov və Səftər Məmmədzadə çempion tituluna sahib olublar.

Turnird

komanda hesabında Sumqayıt (3-3-5) boksçuları birinci yeri tutublar. İkinci pilləyə “Qızıl əlcək” İdman Klubu (3-1-1) yiyələnib. “Üçüncü” yeri Gəncə (2-1-7) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına bütün görüşlərini tam üstünlüklə başa vuran Rza Rzayev (Gəncə) layiq görülüb. Ruhin Səfərov (Naxçıvan MR) ən əzmkar boksçu, Fərhad Rəhmanov ən yaxşı hakim adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.