Bu il Azərbaycanda keçiriləcək beynəlxalq turnirlərin siyahısı açıqlanıb.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, bu il ölkəmizdə 51 beynəlxalq yarışın təşkil olunması planlaşdırılır.
İlin ilk yarışı fevralın 7-11-də təşkil olunacaq badminton üzrə beynəlxalq turnirdir. Bunlardan başqa oktyabrın 17-20-də avarçəkmə üzrə "Mingəçevir reqatası", martın 7-10-da idman gimnastikası üzrə Dünya kuboku, martın 29-31-də bədii gimnastika üzrə Avropa Kuboku, aprelin 4-7-də güləş üzrə Avropa Olimpiya lisenziya turniri, mayın 1-10-da "Baku Open 2024" beynəlxalq şahmat turniri, mayın 5-8-də avarçəkmə üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101‐ci ildönümünə həsr olunmuş "Prezident Kuboku", sentyabrın 13-15-də isə Formula 1 Azərbaycan Qran‐Prisi keçiriləcək.
Turnirlərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz:
https://api.mys.gov.az/api/v1/Storages/d4c41d5f-7d42-4150-9a41-6ec613b55e95