Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub.
107 ölkədən 621 (365 kişi, 256 qadın) idmançının iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Turnirdə 5 çəki dərəcəsində 9 idmançı ilə qüvvəsini sınayan cüdoçularımız yarışı 2 gümüş medalla başa vurublar.
Komandamıza medalları Zelim Tçkayev (-81 kq) və Elcan Hacıyev (-90 kq) qazandırıb.