Paris-2024: Tamaşaçı sayı iki dəfə azala bilər

Paris-2024: Tamaşaçı sayı iki dəfə azala bilər

Fransanın daxili işlər naziri Gerald Darmanin Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimində təxminən 300 min insanın iştirak edə biləcəyini açıqlayıb. Bildirilir ki, bu da nəzərdə tutulduğundan iki dəfə azdır. Bu barədə məlumatı ESPN televiziyası yayıb. 

Məlumat üçün bildirək ki, Olimpiya Oyunlarının açılış mərasimi tarixdə ilk dəfə Sena çayı üzərində təşkil olunacaq. İştirakçılar çay boyunca qayıqlarda demək olar ki, 6 km uzunluğunda marşrutla səyahət edəcəklər. Çayın hər iki sahili çoxsaylı maneələr arxasında tamaşaçılarla əhatə olunacaq. 

Tədbirə tamaşa etmək üçün nəzərdə tutulan 300 min biletdən 100 mini ödənişlidir. Biletlərin qalanları isə pulsuz paylanılacaq.