Məşhur cütlüklər - Devid və Viktoriya Bekhem evli olduqları müddətdə dörd dəfə valideyn olublar. Cütlüyün ortancıl oğlu Romeonun artıq 21 yaşı var. Oğlan atasının yolunu davam etidirib. O, hazırda «Brentford B»nin hücumçusudur. Bundan əlavə, Romeo anası kimi böyük bir dəb həvəskarıdır. buna görə də onu tez-tez müxtəlif dizaynerlərin yeni kolleksiyalarının təqdimatetmə mərasimində tapmaq olar. Bu günlərdə Londonda «Highsnobiety» brendinin təqdimatı keçirilib. Kolleksiyadan bir geyim kiçik Bekhemi cəlb edib.Məlum olub ki, dizaynerlər məşhur britaniyalıların portretləri olan bir neçə sviter hazırlayıblar. Onların arasında, gözlənildiyi kimi, David və Viktoria da var idi. Brend göy mavi sviterin üzərinə gənc Bekhemlərin şəkillərini yerləşdirib.
Sviterin ön tərəfində 2001-ci ildə çəkilmiş günəş eynəyi və əlində telefon olan futbolçunun ikonik fotosu, arxa tərəfində isə Bekhemlə bibərin birlikdə çəkilmiş sevimli şəkli var.