Bu gün 21 yaşa qədər gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışın ilk günündə 100 cüdoçu tatami üzərinə çıxacaq. Qızlar arasında -52 kq, və -63 kq, oğlanların mübarizəsində isə -55 kq, -66 kq, -81 kq və -100 kq çəki dərəcələrinə qaliblərin adlarına aydınlıq gələcək.
Turnirə fevralın 24-də yekun vurulacaq.