Paytaxtımızda Paris Olimpiadasına lisenziya xarakterli turnirə start verildi
BOK
23.02.2024, 12:45
Paytaxtımız daha bir mötəbər yarışa, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna ev sahibliyi edir. Bu gün Milli Gimnastika Arenasında Dünya Kubokunun açılış mərasimi keçirilib. Tədbirdə əvvəlcə yarışda iştirak edəcək ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva Bakının artıq yeddinci dəfə bu yarışa ev sahibliyi etdiyini bildirib. O, beynəlxalq arenada keçirilən idman yarışlarında Azərbaycan gimnastlarının müxtəlif əyarlı medallar qazandıqlarını, etimadı layiqincə doğrultduqlarını diqqətə çatdırıb. Həmçinin qeyd edilib ki, əldə olunan uğurlar ölkəmizdə mötəbər idman yarışlarının yüksək səviyyədə təşkilinə möhkəm zəmin yaradıb. M.Vasilevanın sözlərinə görə, üç gün davam edəcək turnirdə batut üzrə 32, tamblinq üzrə 6 ölkə təmsilçisi çıxış edəcək. Dünya Kubokunda ümumilikdə hər iki növ üzrə 300 idmançının mübarizə aparacağını vurğulayan nazir müavini əlavə edib ki, turnir fərdi proqramda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Rəsmi çıxışdan sonra Dünya Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Batut gimnastikası üzrə yarışda Azərbaycanı qadınlar arasında Selcan Mahsudova (fərdi çıxış), kişilər arasında Hüseyn Abbasov (fərdi və sinxron çıxışlar), Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış) təmsil edirlər.
Tamblinq üzrə yarışda isə Mixail Malkin, Adil Hacızadə və Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov çıxış edəcəklər.
Yarışda həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə olaraq batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar “AGF Trophy” kuboku ilə təltif ediləcəklər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
Bugün, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
Bugün, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
Bugün, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
Bugün, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Bugün, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
Bugün, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
Bugün, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Bugün, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
Bugün, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
Bugün, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
Bugün, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Bugün, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
Bugün, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
Bugün, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma
-
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
01.09.2026, 11:55 Futbol
-
Mudrik "Tottenhem"də
01.09.2026, 11:45 Futbol
-
İdmançımız 2 il müddətinə diskvalifikasiya edilib
01.09.2026, 11:36 AMADA
-
Robert Sançes İtaliyaya yollanır
01.09.2026, 10:46 Futbol
-
Voleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır
01.09.2026, 10:00 Voleybol
-
"Barselona" La Liqada yeniden liderliyə yüksəldi
01.09.2026, 02:07 Futbol