Futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə təmsilçisi "Fənərbağça"nın da rəqibi müəyyənləşib.
İstanbul klubu bu mərhələdə “Yunion” (Belçika) ilə üz-üzə gələcək. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xortatiyanın "Dinamo" (Zaqreb) komandası isə PAOK-a (Yunanıstan) rəqib olub.
UEFA Konfrans Liqası
1/8 final mərhələsi
“Servett” (İsveçrə) - “Viktoriya” (Çexiya)
“Ayaks” (Niderland) - “Aston Villa” (İngiltərə)
“Molde” (Norveç) - “Brügge” (Belçika)
“Yunion” (Belçika) - “Fənərbağça” (Türkiyə)
“Dinamo” (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan)
“Şturm” (Avstriya) - “Lill” (Fransa)
“Makkabi” (Hayfa, İsrail) - “Fiorentina” (İtaliya)
“Olimpiakos” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail)
Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.