Beynəlxalq turnirlərdə uğurlu nəticə 

Beynəlxalq turnirlərdə uğurlu nəticə 

Azərbaycan atıcıları Macarıstanın Dyör şəhərində keçirilən Avropa çempionatında və Qətərin paytaxtı Dohada təşkil olunan Əmir Qran-Prisində uğurlu nəticə əldə ediblər.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Leyli Əliyeva və Vladislav Kalmıkov qitə birinciliyində 10 metr məsafəyə güllə atmada 3-cü yeri tutublar.

Aylin Quliyeva isə Qran-Pri turnirində səngər stendi üzrə yarışda gümüş medala sahib çıxıb.