Meksikalı boksçu özünə çox güvənir

Meksikalı boksçu özünə çox güvənir

Məşhur meksikalı boksçu Rayan Qarsiya UFC döyüşçüsü Şon OMalli ilə döyüşündən danışıb. “Mən sizi əmin edirəm ki, onu məğlub edəcəyəm. Açığı, mən onu boksda nokaut etmək istərdim. Lakin bu ədalətli qərar olmayacaq. MMA-da özümü sınamaq yaxşıdır. Hər gün məşq edirəm. Nate Diaz və Aleks Pereyra mənə kömək edirlər. Qələbə mənim olacaq" - deyə Qarsia «MMAFightingonSBN» YouTube kanalında bildirib.

Xatırladaq ki, Qarsiyanın hesabında 24 qələbə və bir məğlubiyyət var. O, sonuncu dəfə 2023-cü il dekabrın 2-də rinqə çıxıb. Onun rəqibi səkkizinci raundda nokautla məğlub etdiyi Oskar Duarte Xuardo olub.