İcraçı Şuraya "Dördlər finalı" üçün təklif gəlib

İcraçı Şuraya "Dördlər finalı" üçün təklif gəlib

 

2025-ci ildən etibarən basketbol üzrə Avroliqanın "Dördlər finalı" Əbu-Dabidə keçirilə bilər. Bu barədə "Encestando" saytı məlumat yayıb. Mənbənin məlumatına görə, fevralın 26-da Avroliqanın İcraçı Şurasına Abu Dabidən təklif gəlib. BƏƏ paytaxtı 2025-ci ildən etibarən Avroliqanın "Dördlər finalı"nın "Etihad Arena"da keçirilməsini təklif edib. Əbu-Dabi finala ev sahibliyi etmək hüququ üçün 75 milyon dollar, hər il üçün 25 dollar ödəməyə hazırdır.