Ölkə idmanının ürəyi bu il Qubada döyünür
BOK
19.03.2024, 13:11
İdman paytaxtının rəmzi açarı etibarlı əllərdədir
Böyük Qafqazın Şimal şərq yamacında yerləşən, yaranışı XV əsrə təsadüf edən Quba ölkənin mühüm strateji şəhərlərindən biri hesab olunur. Ölkənin əsas turizm bölgələrindən biri olan Qubada vaxtaşırı olaraq mühüm əhəmiyyət kəsb edən tədbirlər təşkil olunur. Həmin tədbirlər sırasında idman yarışlarını da xüsusi qeyd etmək olar. Gözəl mühit və şəraitə məxsus olan bu şimal bölgəsində idmanın istənilən növü ilə məşğul olmaq üçün imkanlar mövcuddur. Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkədə idmanın sürətli inkişafı və onun gələcək imkanlarını genişləndirmək məqsədi ilə mövcud maddi-texniki bazanın vəziyyətini dərindən təhlil etdi, onun yaradılması və inkişafı üçün iki vacib istiqaməti müəyyənləşdirdi. Birinci istiqamət yeni idman obyektlərinin tikintisi, ikinci istiqamət isə mövcud idman qurğularının qurulması, bərpası və avadanlıqla təchizatını təmin etmək olub. Milli Olimpiya Komitəsinin tikinti-quruculuqla bağlı fəaliyyətini müəyyən dövrlərə bölmək olar. 1998-2003-cü illəri əhatə edən birinci dövrdə paytaxtda və bir sıra bölgələrdə Olimpiya İdman kompleksləri inşa edilərək, istifadəyə verilib. Həmin dövrdə istifadəyə verilən idman qurğularından biri də Quba şəhərində inşa edilib. 2003-cü il noyabrın 12-də açılış mərasimi olan bu Olimpiya İdman Kompleksi idmanın inkişafı ilə yanaşı, bir sıra mötəbər beynəlxalq idman yarışlarına da uğurla ev sahibliyi edib. Belə ki, həmin vaxtdan etibarən bu kompleksdə Beynəlxalq Voleybol Federasiyasının dünya Qran-pri turnirinin Avropa təsnifat mərhələsi yarışları, Ümumdünya Boks Seriyası (WSB) Liqasında çıxışı edən “Baku Fires”komandasının ev qarşılaşmaları, şahmat üzrə beynəlxalq festivalları uğurla təşkil edilib. Müxtəlif idman növləri üzrə ölkəmiqyaslı yarışlarda da Quba öz qonaqpərvərliyini nümayiş etdirib. Uzun müddət idman və turizmin inkişafına xidmət edən Quba Olimpiya İdman Kompleksi yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra 2021-ci ildə yenidən fəaliyyətini davam etdirib.
Dekabr 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı, birinci xanım və qızları kompleksin ərazisini gəziblər. Məlumat verilib ki, yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi yaradılıb. Layihənin özünəməxsusluğu ondan ibarətdir ki, burada istirahət, idman, təlim və tədris bir məkanda cəmləşib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva kompleksdəki 340 tamaşaçı yerlik üzgüçülük hovuzu, 6600 tamaşaçı yerlik futbol stadionu, Şahmat Mərkəzi və hotellə tanış olublar. Qeyd edilib ki, Şahmat Mərkəzində idmanın bu növü ilə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılıb.
Məlumat üçün bildirək ki, bu gün həm qubalılar həm də şəhərin qonaqları üçün 14 hektarlıq ərazini əhatə edən Quba Olimpiya İdman Kompleksində hər bir şərait yaradılıb. Bu idman qurğusu eyni zamanda, istirahət mərkəzi kimi, geniş imkanlara malikdir.
Elektron səsvermə
nəticəsində Quba
rəqiblərini qabaqlayıb
Ötən il dekabrın 7-də Gənclər və İdman Nazirliyi Kollegiya iclasında 2024-2025-ci illər üçün idman paytaxtlarının və 2025-ci il üçün gənclər paytaxtının seçilməsi məsələləri müzakirə edilib. Namizəd şəhərlərin nümayəndələri təqdimatla çıxış edərək, məlumat veriblər. Təqdimatlardan sonra elektron səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün “İdman Paytaxtı” seçilib. Bu il yanvarın 15-də Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Quba - İdman Paytaxtı 2024”ün açılış mərasimi keçirilib. Tədbirdə “Quba - İdman Paytaxtı 2024”ün maskotu “Fuji” tamaşaçılara təqdim edilib. Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayan Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov qeyd edib ki, bölgədə 8 mindən artıq gənc idmanla məşğul olur. Onların arasında yerli və beynəlxalq yarışlarda uğur qazananlar da az deyil. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də burada hazırlıq keçdiyi də diqqətə çatdırılıb. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Həmin vaxtdan etibarən Qubada silsilə idman tədbirlərinə start verilib. İlk idman tədbiri fevralın 5-nə təsadüf edib. Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz iqtisadi zona üzrə boks, cüdo, sərbəst güləş və yunan-Roma güləşi üzrə məşqçi-müəllimlərlə görüş keçirilib. Görüşdə 2024-cü ilin yanvar ayında region idmançılarının ölkə birinciliklərində iştirakı barədə müzakirələr aparılıb, təkliflər dinlənilib və qərarlar qəbul edilib. Qeyd edilib ki,”Quba - İdman Paytaxtı 2024” çərçivəsində hər ay müxtəlif idman növləri üzrə məşqçi-müəllimlər ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Quba müxtəlif idman tədbirlərinə uğurla
ev sahibliyi edir
Fevralın 8-9-da Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin texniki dəstəyi ilə Quba Olimpiya İdman Kompleksində U-15 yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan birinciliyinə seçim məqsədilə zona birinciliyi keçirilib. Zona birinciliyində Quba, Qusar, Sumqayıt, Abşeron, Zəngilan və Qubadlı rayonlarından 110 nəfər yunan-Roma idmançısı iştirak edib.
Fevralın 10-da Quba Olimpiya İdman Kompleksində “Quba - İdman Paytaxtı 2024” çərçivəsində gimnastika üzrə nümunəvi çıxışlar keçirilib. Çıxışlar zamanı müxtəlif yaş kateqoriyalı idmançılar gimnastika hərəkətlərini yerinə yetiriblər. Məşqlərin keçirilməsində məqsəd uşaqların idmana, gimnastikaya marağının artırılması, sağlamlığının gücləndirilməsinə xidmət edib.
Fevralın 15-də Quba Olimpiya İdman Kompleksində voleybol üzrə təlim-məşq keçirilib. Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi, rayonda idmanın kütləviliyinə nail olunması və perspektivli idmançıların aşkar edilməsidir. Təlim məşqlərdə 17 nəfər həvəskar idmançı iştirak edib.
Fevralın 17-18-də “Quba - İdman Paytaxtı 2024” çərçivəsində Azərbaycan Alpinizm Federasiyası (AAF) tərəfindən Qusarın Laza kəndi yaxınlığındakı donmuş şəlalələrdə növbəti buzadırmanma festivalı keçirilib. Festivalda 76 nəfər iştirak edib. İştirakçılar üçün müxtəlif mürəkkəblik dərəcəsində marşrutlar təqdim olunub. İdmançılar mürəkkəblik və sürət disiplinlərində öz qüvvələrini sınamaq imkanı qazanıblar. Festival təşkilatçıları buzadırmanma ilə yeni tanış olanlar üçün təlimlər keçiblər.
Fevralın 27-də “Quba - İdman Paytaxtı 2024” çərçivəsində və Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş Quba rayonu, Alekseyevka kənd məktəbində yeniyetmələr arasında atıcılıq üzrə Quba rayon çempionatı keçirilib. Yarış Quba rayonunun 10 ümumtəhsil məktəbindən (40 nəfər) oğlanlar və qızların iştirakı ilə keçirilib. Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.
Martın 1-də R.Kəlbiyev adına Xınalıq kənd internat tam orta məktəbində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Quba - İdman Paytaxtı 2024” və “İdman həftəsi” çərçivəsində ibtidai sinif şagirdləri arasında mütəhərrik oyunlar keçirilib. Atletika üzrə məşqçi müəllim Vüqar Atayev tərəfindən keçirilən yarışda 40 nəfər şagird iştirak edib. Sonda şagirdlər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar.
Martın 1-də Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Quba - İdman Paytaxtı 2024” və “İdman həftəsi” çərçivəsində gimnastika üzrə nümunəvi çıxışlar təşkil olunub.
Nümunəvi çıxışlar gimnastika üzrə məşqçi Fatimə Qurbanova tərəfindən keçirilib. Çıxışların sonunda həm məşqçi, həm də idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fəman və sertifikatlarla təltif olunublar. Martın 2-də Quba rayonunun Qəçreş kəndində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Quba - İdman Paytaxtı 2024” və “İdman həftəsi” çərçivəsində ağacəkmə aksiyası keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşkil olunan aksiyada Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, əməkdaşları, gənclər və könüllülər iştirak ediblər.
Martın 4-də “Quba - İdman Paytaxtı 2024” və “İdman həftəsi” çərçivəsində Quba rayonu, Alekseyevka kənd tam orta məktəbində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə viktorina keçirilib. İbtidai sinif şagirdləri arasında keçirilən viktorinada 74 nəfər şagird iştirak edib. Sonda fərqlənən şagirdlər sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.
Qubada da idman
kütləviləşəcək, sağlam bir
gələcək nəsil formalaşacaq
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il mart ayının 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. “İdmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz” - ulu öndərin bu tarixi sözləri söylədiyi həmin tədbirdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strateji istiqaməti müəyyənləşdirib və İdman Fondu təsis edilib. 2006-cı ildə Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib. Məlumdur ki, 19 ildir ki, ölkəmizdə böyük təntənə ilə təşkil olunan Bədən Tərbiyəsi və İdman Günü təkcə paytaxt Bakıda qeyd olunmur. Bu müddət ərzində bu əlamət idman bayramı Gəncə və Naxçıvanda da keçirilib. Bu il Bədən Tərbiyəsi və İdman Günü Qubada geniş şəkildə qeyd edildi. Azərbaycan İdman İctimaiyyəti Paradına böyük izdihama çevrildi. “Quba Arena” stadinonuna rəsmi şəxslər, idmançılar və şəhər sakinləri toplaşaraq, Parad sevincini yaşadılar. Yerli sakinlərin ölkəmizi nüfuzlu idman tədbirlərində uğurla təmsil etmiş idmançılarla görüşü yəqin ki, uzun illər yaddaşlardan silinməyəcək. Bununla yanaşı, Qubanın idman paytaxtı seçilməsi ilə də uşaq və yeniyetmələr arasında idmana olan həvəs daha da artacaq. Nəticədə ölkənin hər bir bölgəsində olduğu kimi Qubada da idman kütləviləşəcək, sağlam bir gələcək nəsil formalaşacaq. Bu sahədə qazanan tərəf isə Azərbaycan idmanı olacaq.
Anar Əhmədov
Bakı-Quba-Bakı
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Velosipedçimiz Almatıda dördüncü oldu
Bugün, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
Bugün, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
Bugün, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
Bugün, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
Bugün, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma