Aprelin 13-14-də Polşanın Poznan şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku yarışı keçirilib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda 20 ölkədən 393 (246 oğlan, 147 qız) cüdoçu qüvvəsini sınayıb. Komandamız turnirdə yalnız qızların mübarizəsində 9 cüdoçu ilə təmsil olunub. İki gün davam edən yarışda Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal əldə ediblər. Turnirdə -48 kq çəki dərəcəsində final görüşündə iki Azərbaycan cüdoçusu Fəridə Mirzəyeva və Könül Əliyeva qızıl medal uğrunda güclərini sınayıb. Nəticədə Könül Əliyeva qızıl, Fəridə Mirzəyeva isə gümüş medallara layiq görülüb. Azərbaycan yığma komandası medal əyarına görə ümumi hesabda 7-ci, qızlar arasında isə 3-cü yeri tutub.
Poznan sınağı 2 medalla yadda qaldı