Xəzər televiziyasının aparıcısı Aytən Səfərova yol qəzasına düşüb.
Hadisə bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. Zərbənin təsiri nəticəsində avtomobillərdən biri aşıb və qarşıda dayanan "KİA Soul" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.