Paraüzgüçümüz Portuqaliyada Avropa çempionu oldu

Paraüzgüçümüz Portuqaliyada Avropa çempionu oldu

Paraüzgüçümüz Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa açıq çempionatında uğurla çıxış edib.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, idmançımız yarışların ilk günündə Avropa çempionu tituluna sahib çıxıb. İdmançımız 100 metr məsafəyə arxası üstə üzmə üsulunda finalda finişə birinci çataraq qızıl medal qazanıb.