Çingiz Hüseynzadə: "Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir"
Olimpizm xəbərləri
01.05.2024, 14:42
"Bu gün Suqovuşanda start götürən Prezident Kuboku-2024" beynəlxalq reqatada 21 ölkədən 30 komanda iştirak edir. İştirakçı ölkələrin sayı hər yarışda daha da artır. Bu da bu yarışa olan maraqdan irəli gəlir".
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Prezident Kuboku-2024" beynəlxalq reqatasının açılış mərasimindən sonra "olympic.az" və "olimpnews.az" saytlarına ekskluziv müsahibəsində deyib.
Yarışın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən MOK-un vitse-prezidenti turnirin gənc idmançılar üçün böyük təcrübə olduğunu bildirib: "Yarışda ən gənc avarçəkənlərimiz öz bacarıqlarını nümayiş etdirirlər. Bu turnir gənc avarçəkənlərimiz üçün böyük təcrübədir. Ümumiyyətlə, son illərdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası çox gözəl işlər həyata keçirir. Bu baxımdan federasiyanın fəaliyyəti çox müsbət qiymətləndirilir. Federasiyanın səyi nəticəsində bu idman növü üzrə yarışlar Mingəçevirdə ənənəvi olaraq uğurla təşkil olunur", - deyə Çingiz Hüseynzadə qeyd edib.
MOK-un vitse-prezidenti akademik avarçəkənimiz Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə də danışıb: "Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasını Paris-2024-ə lisenziya qazanması münasibəti ilə təbrik edirəm. Tokio Olimpiadasında komandamız bu idman növündə iştirak etməmişdi. 2016-cı ildən sonra yenidən avarçəkmə idman növü üzrə olimpiadada təmsil olunmağımız böyük fərəh hissi doğurur. Olimpiya Oyunlarına gələn hər bir idmançı medala iddialıdır. Ümid edirəm ki, Diana Dımçenko Parisdə yaxşı nəticə göstərəcək. Federasiyanın əsas məqsədi Los-Anceles-2028 Yay Olimpiya Oyunları ilə bağlıdır. Federasiya həmin yarışda bir neçə idmançı ilə iştirak etməyi qarşısına məqsəd qoyub. Düşünürəm ki, AKAF bu stabilliyi qoruyub saxlayarsa gələcəkdə güclü avarçəkənlərimiz olacaq".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Bugün, 12:53 Gündəm
-
Azərbaycanın zəfər salnaməsi: Böyük fərəhdən böyük qələbəyə
Bugün, 11:33 Olimpiya dünyası
-
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
Bugün, 09:01 Gündəm
-
Nihad Süleymanlı: "Təəssüf ki, bir anlıq səhvə görə qızıl medalı əldən verdim"
07.11.2026, 23:56 Müsahibə
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə irəlilədi
07.11.2026, 23:38 Olimpiya oyunları
-
Dakar-2026: Bu gün daha 5 idmançımız mübarizəyə başlayır
07.11.2026, 23:22 Olimpiya oyunları
-
Nihad Süleymanlı Dakar-2026-da Azərbaycana ikinci medalı qazandırdı
07.11.2026, 21:36 Gündəm
-
Dakar-2026: Nihad Süleymanlı finala vəsiqə qazandı
07.11.2026, 21:04 Olimpiya oyunları
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən Müharibəsi kadrları ilə bağlı paylaşım edilib
07.11.2026, 20:27 Gündəm
-
Dakar-2026: Çimərlik güləşçilərimiz yarımfinala vəsiqə qazandılar
07.11.2026, 19:53 Olimpiya oyunları
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
07.11.2026, 11:56 Gündəm
-
Dakar-2026: Çin medal sıralamasında liderdir
07.11.2026, 00:10 Olimpiya oyunları
-
Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır
06.11.2026, 23:47 Olimpiya oyunları
-
Süleyman İsmayılzadə Dakar-2026-da çıxışını 8-ci yerdə başa vurub
06.11.2026, 21:03 Olimpiya oyunları
-
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
06.11.2026, 17:53 Gimnastika
-
AFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
06.11.2026, 17:00 Futbol
-
Azərbaycan üzgüçüləri Belarusdakı turnirin ilk günündə 2 medal qazanıblar
06.11.2026, 16:23 Su idman növləri
-
Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
06.11.2026, 16:13 Tennis
-
Dakar-2026: Üzgüçümüz finala vəsiqə qazandı
06.11.2026, 15:38 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycanın daha dörd idman növü üzrə təmsilçiləri Seneqala çatıb
06.11.2026, 11:55 Olimpiya oyunları
-
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
06.11.2026, 11:25 Gimnastika
-
Azərbaycan Superliqası: Qadın voleybolçular arasında yeni mövsüm başlayır
06.11.2026, 10:58 Voleybol
-
Basketbol Liqasında VI tura start verilir
06.11.2026, 10:05 Olimpiya dünyası
-
Üzgüçümüz bu gün Dakar-2026-da növbəti yarışına çıxacaq
06.11.2026, 09:40 Olimpiya oyunları
-
Zəfər Gününə həsr olunmuş “AzMİU IV Zəfər İdman Festivalı”na yekun vurulub
05.11.2026, 23:09 Olimpiya dünyası
-
Avropa çempionatından əvvəl MOK-da könüllülərlə görüş təşkil olunub
05.11.2026, 16:01 Olimpiya dünyası
-
Dakar-2026: Olimpiya kəndi Oyunlardan sonra tələbə şəhərciyinə çevriləcək
05.11.2026, 13:20 Olimpizm xəbərləri
-
DÇ-2028: Futzal millimiz bu gün Çexiya komandası ilə qarşılaşacaq
05.11.2026, 13:12 Futbol
-
Dakar-2026-da mədəni irs simvolu
05.11.2026, 13:00 Olimpizm xəbərləri
-
Şahmatçımız U-20 dünya çempionatında bürünc medal qazandı
05.11.2026, 12:49 Şahmat
-
Dakar-2026: 6 min yer üçün 23 mindən çox könüllü müraciət edib
05.11.2026, 12:41 Olimpizm xəbərləri
-
Dakar-2026-da tarixi an: Qaçqınlar komandası Yeniyetmələrin Olimpiya Oyunlarında ilk dəfə iştirak edir
05.11.2026, 12:21 Olimpizm xəbərləri
-
Dakar-2026-da yayım rekordu
05.11.2026, 12:04 Olimpiya oyunları
-
BOK prezidenti Kristi Koventri Dakar-2026-da uşunun Olimpiya debütünü yaxından izləyib
05.11.2026, 11:45 Olimpiya oyunları