V "Raquf Orucov Kuboku" turniri uğurla yekunlaşdı
Olimpizm xəbərləri
01.05.2024, 10:14
Aprelin 30-da Bakı İdmana Sarayında Qarabağda böyük zəfərimizin başlanğıcı olan aprel döyüşlərinin qəhrəmanlarından biri əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərimizin xatirəsinə həsr edilən 20 yaşadək cüdoçular arasında (U-20) ənənəvi V "Raquf Orucov Kuboku" klublararası beynəlxalq cüdo turniri keçirilib. “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən turnirin açılış mərasimində dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və tanınmış idmançılar iştirak ediblər. Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Böyük zəfərə və əfsanəvi kəşfiyyatçı Raquf Orucovun döyüş yoluna, həmçinin turnirin tarixinə həsr olunmuş videoçarxlar nümayiş olunduqdan sonra rəsmi qonaqlar çıxış üçün səhnəyə dəvət edilib. Açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnir iştirakçılarını salamlayaraq ölkəmizin ərazi bütövlüyünün bərpasında idmançıların da rolunun olduğunu, turnirin isə təkcə idman hadisəsi kimi deyil, həm də mənəvi əhəmiyyət daşıyan bir tədbir kimi mühüm əhəmiyyət daşıdığını bildirib.Mərasimdə çıxış edən Milli Məclisin sədr müavini Adil Əliyev isə yarışın əhəmiyyətindən danışıb. "Raquf Orucov Kuboku" turnirinin 2017-ci ildən "Azman Holdinq"in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə keçirildiyini deyən Adil Əliyev yarışın təşəbbüskarı Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi olan Azər Əsgərova minnətdarlığını bildirib.O, çıxışında haqq savaşımızda qəhrəmanlıq göstərərək şəhid olan Vətən oğullarının döyüş yolunun gənc nəsil üçün nümunə olduğunu, dövlətimizin başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həmişə şəhidlərin xatirəsinin əziz tutulduğunu, eləcə də şəhid ailələrinin bütün problemlərinin həlli istiqamətində dəyərli işlər görüldüyünü qeyd edib. Yüksək amal uğrunda canını fəda edən şəhidlərin xatirəsinə hər zaman diqqətlə yanaşmağın hamımızın mənəvi borcu olduğunu deyən Adil Əliyev belə yarışların gənclərdə vətənpərvərlik hissi və döyüş ruhunun aşılanmasında əhəmiyyətini yüksək qiymətləndirib. Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov isə çıxışında turnir iştirakçılarını nazirliyin adından salamlayaraq hər zaman belə yarışlara dəstək olduqlarını qeyd edib. Cüdo üzrə dünya və Avropa çempionatının qalibi və mükafatçısı, 2024-cu ilin idman səfiri Orxan Səfərov turnirin Raquf Orucovun və digər şəhidlərimizin ruhunu yaşatmaq üçün çox əhəmiyyətli olduğunu bildirib.Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Muharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxışında bildirib ki, Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi tariximizə qızıl hərflərlə yazılıb, ən müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, peşəkar, vətənpərvər, qəhrəman əsgərlərimizin gücünü nümayiş etdirib.Əfsanəvi kəşfiyyatçı Raquf Orucovun xanımı Sevinc Orucova ənənəvi turnirin “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovun təşəbbüsü ilə 2017-ci ildən keçirildiyini diqqətə çatdıraraq təşkilatçılara minnətdarlığını bildirib. Xalqımızın qəhrəmanlıq salnaməsi olan Aprel döyüşlərinin hər kəs tərəfindən iftixarla xatırlandığını deyən Sevinc xanım şəhidlərin müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq üçün belə yarışların mühüm əhəmiyyət daşıdığını vurğulayıb.Rəsmi çıxışlardan və bədii hissədən sonra Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov turniri açıq elan edib.Qeyd edək ki, Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Türkmənistan, Macarıstan və Fərdi Neytral İdmançıların (Rusiya) təmsil olunduğu yarışda ümumilikdə 13 komanda mübarizə aparıb. Həlledici görüşdə "Edelveys"(Dağıstan) klubunu məğlub edən "Judo Club 2012" komandası turnirin qalibi adını qazanaraq kuboka sahib çıxıb. "Edelveys" komandası gümüş, "Atilla" İdman Klubu və Macarıstan komandası isə yarışları bürünc medalla başa vurub. Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunublar. Xatırladaq ki, ilk dəfə 2017-ci ildə keçirilən turnir ardıcıl olaraq, 2018, 2019 və 2023-cü illərdə uğurla təşkil olunub. Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma