"Şəhərlilər"lə yolunu davam etmək istəmir

\"Şəhərlilər\"lə yolunu davam etmək istəmir

BOK

01.05.2024, 10:40

"Mançester Siti"nin vingeri Cek Qriliş yayda komandanı tərk edə bilər. Jurnalist Saymon Fillipsin sosial şəbəkələrdə verdiyi məlumata görə, London "Çelsi" onu heyətə cəlb etməkdə israrlıdır.

Xatırladaq ki, Cek Qriliş 2021-ci ildən “Mançester Siti”də çıxış edir. Bu mövsüm futbolçu bütün turnirlərdə 35 matçda iştirak edib. O, həmin matçlarda üç qol və üç məhsuldar ötürmənin müəllifidir. Futbolçunun «şəhərlilər»lə hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında futbolçunun bazar dəyəri 65 milyon avrodur.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR