Fransanın daxili işlər naziri Gerald Darmanen sosial şəbəkələrdə Fransa Daxili İşlər Nazirliyinin rəsmilərinin bu həftə Olimpiya məşəlinin estafetinə müdaxilə etmək üçün 23 cəhdin qarşısını aldığını bildirib.
Qeyd edək ki, Olimpiya məşəli mayın 8-də Marselə gəlib. Məşəlin qarşılanma mərasimində təhlükəsizlik üçün təxminən 6 min polis və jandarma cəlb edilib. Məlumat üçün bildirək ki, Fransa boyu marafon iki aydan çox davam edəcək. Estafet iyulun 26-da Olimpiya Oyunlarının açılış mərasimində Olimpiya məşəlinin alovlanması ilə yekunlaşacaq.