Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov idmançı karyerasını başa vurub.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, o, bundan sonra fəaliyyətini məşqçi kimi davam etdirəcək.
Qeyd edək ki, Taleh Məmmədov Avropa ikincisi və dünya üçüncüsüdür.