Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Yarışların ikinci günündə daha 4 cüdoçumuz tatami üzərinə çıxacaq. Kişilərin yarışında Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi -66 kq) və Hidayət Heydərov (-73 kq) mübarizə aparacaq. Qadınların mübarizəsində isə Açelya Toprak -57 kq çəki dərəcəsində çıxış edəcək.
Qeyd edək ki, yarışın ilk günündə üç idmançımız mübarizə aparıb. Təmsilçilərimizdən heç biri mükafatçılar sırasına düşə bilməyib.