İmkanlı azarkeşlər üçün Olimpiada fərqli olacaq
Olimpizm xəbərləri
20.05.2024, 13:03
Onlara Parisdə xüsusi münasibət göstəriləcək
Britaniyanın “The Guardian” nəşri Paris-2024 Yay Olimpiya Oyunları zamanı varlı azarkeşlərə təklif olunan ultra-eksklüziv paketlərin qiymətini açıqlayıb. Məlumata görə belə bir "xəyal səyahəti"nin təxmini qiyməti bir həftə üçün təxminən 500 min avrodur. Bu paketlə həmin insanlar yarışlar zamanı VİP yerlərdə oturub, Olimpiya kəndini sərbəst ziyarət etmək imkanı əldə edəcəklər. Bundan başqa onlar yarışları izləmək üçün gələn ulduzlarla görüşmək fürsəti də qazanacaqlar.
Yayılan məlumatlara görə Paris-2024 Yay Olimpiya Oyunları üçün indiyə qədər 10 milyona yaxın bilet satılıb. Azarkeşlər biletlərin 80 faizini Paris-2024 platforması vasitəsilə əldə ediblər. Oyunlar zamanı VIP paketdə restoran xidməti 8500 avroya başa gəlir. Ən bahalı 6 günlük rəsmi tur paketi əldə etmək istəyən azarkeş 42,750 avro xərcləməlidir.
Adətən eksklüziv turların qiyməti ictimaiyyətə birbaşa açıqlanmır. Lakin "The Guardian" nəşri qiymətləri özündə əks etdirən bu məlumatı araşdıraraq, ultra bahalı xidmətlər paketi barədə yazı hazırlayıb. Qeyd olunur ki, VİP paketin içərisində Oyunların açılış mərasiminə və idman növünə lüks biletlər də daxildir. İmkanlı tamaşaçılar atletika üzrə kişilər arasında 100 metr məsafəyə qaçış, tennis və basketbol üzrə final yarışlarını dəbdəbəli şəkildə seyr edə biləcəklər. Onlar üçün Olimpiya kəndinə, muzey bağlandıqdan sonra "Luvr" muzeyinə giriş, həmçinin “Versal" sarayında kral şam yeməyi də nəzərdə tutulub.
Bundan əlavə, idmanda superulduz statusu alan idmançılarla 15 dəqiqəlik qısa söhbət, selfi və nahar da (əlavə ödəniş olduqda - red) nəzərdə tutulub.
VİP turlar ilk növbədə mədəni-əyləncə proqramı çərçivəsində lüks hotellərdə qalmaq, nadir avtomobillərdə səyahət etmək, unikal yerləri ziyarət etmək və ulduzlarla ünsiyyəti əhatə edir.
Bildirilir ki, bu cür bahalı təkliflər BOK tərəfindən hələ ki, öz təsdiqini tapmayıb.
Lakin super ulduzların adları açıqlanmır. Bundan qabaq bu cür paketlər hazırlayan şirkətlər tennis əfsanələri Rafael Nadal və Novak Cokoviç, həmçinin xizək üzrə dünya çempionatının italiyalı mükafatçısı Ciorcio Rokkaa ilə özəl tədbirlər təşkil ediblər. Şirkət idman dünyasından olan namizədlərin seçimində çox diqqətlidir. "Bəzi məşhur idmançılar müştərilərimizə lazım olan xarizmaya və ünsiyyət təcrübəsinə malik deyillər. İdmançılar söhbətə açıq olmalıdırlar. Müştərilərlə salamlaşıb, beş dəqiqədən sonra getmək istədikləri kimi davranmalı deyillər", - deyə Britaniya nəşri təşkilatçı şirkətin nümayəndəsinin sözlərindən sitat gətirib.
Məlumdur ki, yüksək vəzifəli məmurların, eləcə də BOK-un əsas sponsorlarının nümayəndələrinin Oyunlarda qapalı ərazilərə daxil olmaq imkanı var. Olimpiya kəndinə giriş və ya açılış mərasimində iştirakçı kimi görünməyə yalnız müvafiq akreditasiyadan keçmiş şəxslərə aiddir. Şübhəsiz ki, kəndə və ya açılış mərasiminə giriş əldə edən hər kəs çoxsaylı təhlükəsizlik yoxlamalarından keçəcəklər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol
-
Media nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
22.07.2026, 22:36 Tennis
-
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
22.07.2026, 22:17 Gimnastika
-
Konfrans Liqası: "Neftçi" Bakıda "Dinamo"ya məğlub oldu
22.07.2026, 22:00 Futbol
-
Bu gün Milli Mətbuat Günüdür
22.07.2026, 00:38 Olimpiya dünyası
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
21.07.2026, 18:14 Gündəm
-
Milli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
21.07.2026, 18:03 Olimpiya dünyası
-
“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
21.07.2026, 17:42 Futbol