Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə keçiriləcək Peşəkar Çövkən Liqasının püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, ilk olaraq "Ağstafa Dilbaz" və "Zəfər" komandaları qarşılaşacaq.
Liqanın digər görüşlərində isə "Embavud" "Köhlən"i, "Qarabağ" "Şirvan"ı, "Elit" "Omar"ı, "Polad" isə "Sərhədçi"ni sınağa çəkəcək.
Qeyd edək ki, yarışa mayın 21-də start veriləcək.