Bu gün daha bir cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Bu gün daha bir cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Olimpizm xəbərləri

21.05.2024, 10:07

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Yarışların üçüncü günündə daha bir cüdoçumuz mübarizəyə başlayacaq. -81 kq çəki dərəcəsində Zelim Tçkayev tatami üzərinə çıxacaq.  Cüdoçumuz ilk mərhələdə İtaliya təmsilçisi Antonio Espozito ilə üz-üzə gələcək.  Qeyd edək ki, komandamızın aktivində hazırda bir qızıl medal var. Yeganə medalı komandamıza -73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov qazandırıb. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR