Hakimlər okeanın o tayında çəhrayı vərəqədən istifadə edəcəklər

Hakimlər okeanın o tayında çəhrayı vərəqədən istifadə edəcəklər

Futbol üzrə Amerika Kubokunda hakimlər çəhrayı vərəqələrdən istifadə edəcəklər. AS nəşrinin məlumatına görə, bu vərəqələr futbolçular kəllə-beyin travması aldığı təqdirdə təcili əvəzetmə lazım olduğu vaxt tətbiq ediləcək. Bildirilir ki, məşqçilər bu barədə hakimləri əvvəlcədən xəbərdar etməlidirlər. Bu əvəzetmə hər matçda cəmi bir dəfə qüvvədə olacaq.

Məlumat üçün bildirək ki, 48-ci Amerika kuboku bu il iyun ayının 20-dən iyulun 14-nə qədər ABŞ-da təşkil olunacaq.