Milli Basketbol Assosiasiyasının (NBA) yayımçılarla yeni media müqaviləsindən sonra oyunçular ildə 100 milyon dollara qədər qazanc əldə bilərlər. Bu barədə şimali amerikali jurnalist Keyt Smit sosial şəbəkə hesabında xəbər paylaşıb. Bildirilir ki, NBA ESPN, NBC və Amazon ilə müqavilə bağlamağa yaxındır. ESPN NBA və Konfrans finallarını, həftəlik primetime oyunlarını və WNBA-nı yayımlamaq üçün ildə 2,8 milyard dollar ödəyəcək. NBC konfransın yarımfinalları və konfrans finallarının hüquqlarına yiyələnmək üçün2,6 milyard dollar xərcləyəcək. Amazon 2 milyard dollar müqabilində mövsümi turnirin, pley-off və WNBA-nın hüquqlarına sahib olacaq.
Yeni müqavilələr basketbolçulara milyonlar qazandıracaq