Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat turniri davam edir.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın dördüncü günündə Azərbaycan millisinin boksçusu Alfonso Dominges ilk görüşünə çıxıb.
92 kiloqramda mübarizə aparan dünya çempionu 1/32 finalda qanalı Conatan Tette ilə qarşılaşıb. Görüş Domingesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Qarşılaşma mayın 30-da olacaq.