Paraüzgüçülərimiz Dünya Seriyasında iştirak edəcəklər

Paraüzgüçülərimiz Dünya Seriyasında iştirak edəcəklər

Azərbaycan paraüzgüçüləri Fransanın Limoj şəhərində təşkil ediləcək Dünya Seriyasında iştirak edəcəklər.

Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, yığmamızın heyətində Raman Saley, Vəli İsrafilov və Əli Vəliyev qüvvəsini sınayacaq.

Dünya Paraüzgüçülük Seriyası iyunun 7-9-da baş tutacaq.