İyunun 6-9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda usta cüdoçuar arasında Avropa çempionatı keçirilib.
Azərbaycan Cüdo federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 35 ölkədən 728 (609 kişi, 119 qadın) cüdoçunun iştirak etdiyi yarışda ölkəmiz 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunur.
Komandamız yarışı 3 qızıl və 7 bürünc medalla başa vurub.
Qızıl medallara Fərhad Rəcəbli (M8, -90 kq), Vüqar Babayev (M3, -66 kq) və Emil Hüseynov (M4, -100 kq) layiq görülüb. Sarayevoda çempion olan Fərhad Rəcəbli bununla da usta cüdoçular arasında Avropa çempionatları tarixində 10-cu qızıl medalına yiyələnib. Azərbaycanın ən titullu veteran cüdoçularından olan F.Rəcəbli həmçinin usta cüdoçular arasında dünya çempionatının 11 qat qalibidir.
Komandamıza bürünc medalları isə Vahid Azərpur (M8, -66 kq), Nazim Əliyev (M7, -90 kq), Əli Əlibəyli (M4, -73 kq), Azər Fətullayev (M3, -81 kq), Nizami Məmmədov (M3, -100 kq), Vüsal Kərimov (M2, -66 kq) və Elçin Məmmədov (M2, -100 kq) qazandırıb.
Usta cüdoçularımız Avropa çempionatını 10 medalla başa vurdular