Bu gün Türkiyənin paytaxtı Ankarada avarçəkmə üzrə “Bahar Kuboku” reqatasına start veriləcək.
Yarışda Azərbaycanın akademik avarçəkmə üzrə gənclərdən ibarət millisi də mübarizə aparır. Komandamız yarışa bir məşqçi olmaqla ümumilikdə 5 nəfərlik heyətlə təmsil olunacaq.
Yarışda baş məşqçi Volodimir Morozovun rəhbərliyi altında Nurlan Paşayev, Azər İlyasov, Tunar Məmmədzadə və Fariz Babayev mübarizə aparacaq.
Qedy edək ki, “Bahar Kuboku” reqatası iyunun 13-dək davam edəcək.