Millimizin yeni baş məşqçisi ictimaiyyətə təqdim olundu

Millimizin yeni baş məşqçisi ictimaiyyətə təqdim olundu

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş ictimaiyyətə təqdim olunub.

70 yaşlı portuqaliyalı mütəxəssisin təqdimat mərasimi “Hilton" hoteldə keçirilib.

Qeyd edək ki, Fernandu Santuş 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb. Onun son iş yeri Türkiyənin "Beşiktaş" komandası olub.