Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaqlar

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaqlar

Bu gün Polşanın Qdansk şəhərində avarçəkmə üzrə Avropa çempionatına start verilib. Yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər.

Sahil avarçəkməsi üzrə yarışda qadınların mübarizəsində Diana Dımçenko, kişilər arasında isə Murad Sadıqov medallar uğrunda mübarizə aparacaq. 

Avropa çempionatı iyunun 23-dək davam ecəcək.