Azərbaycan idmançıları Paris-2024-ə daha iki lisenziya qazandılar

Azərbaycan idmançıları Paris-2024-ə daha iki lisenziya qazandılar

Azərbaycan Olimpiya komandası Paris-2024 Yay Olimpiya Oyunlarına daha iki lisenziya əldə edib. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, lisenziyaları üzgüçülərimiz Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə qazanıb.  
İdmançılarımız Serbiyanın Belqrad şəhərində keçirilən üzgüçülük üzrə Avropa çempionatının nəticələrinə əsasən rəsmi dəvət əsasında Paris-2024-də iştirak etmək hüququ əldə edib.