Azərbaycanın iki yeniyetmə boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Nihat Qasımov 48 kq çəki dərəcəsində Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.
Komandamızın digər üzvü Səftər Məmmədzadə (+80 kq) də adını yarımfinala yazdırıb. O, Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazə verməyib və üstün olan S.Məmmədzadə qalib elan olunub.
Hər 2 boksçumuz yarımfinala yüksəlməklə özləri üçün bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kiloqram) və Əminə Tağı (52 kq) da bu hüquqa yiyələniblər. Yarımfinal döyüşləri bu gün keçiriləcək.