Boksçumuz erməni rəqibini məğlub edərək Avropa birinciliyinin finalına vəsiqə qazandı 

Boksçumuz erməni rəqibini məğlub edərək Avropa birinciliyinin finalına vəsiqə qazandı 

Azərbaycanın yeniyetmə boksçusu Səftər Məmmədzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində finala yüksəlib. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, +80 kq çəkidə mübarizə aparan millimizin üzvü yarımfinalda ermənistanlı Qraç Xaçatryanla qarşılaşıb.

Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. S.Məmmədzadə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.

O, çempionluq uğrunda görüşdə rusiyalı Rüstəm Həsənovla qarşılaşacaq. Döyüş iyunun 30-da olacaq.

Qeyd edək ki, yığmamızın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq.