Bu gün Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsinə start veriləcək. Günün yeganə matçında İspaniya və Fransa komandaları üz-üzə gələcək. Münhendəki "Alyans Arena"da təşkil olunacaq oyun Bakı vaxtilə 23:00-da başlayacaq. Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edəcək.
Qeyd edək ki, bu mərhələnin digər oyunu sabah Niderland və İngiltərə yığmaları arasında olacaq.