Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında növbəti oyununu keçirib.
C divizionunda mübarizə aparan milli komandamız A qrupunun sonuncu matçında Kiprlə üz-üzə gəlib. Görüş yığmamızın 68:45 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha əvvəl Ermənistan və Gürcüstan seçmələrinə qalib gələrək yarımfinala vəsiqəni təmin edən komandamız qrup mərhələsini məğlubiyyətsiz başa vurub.
Oğlanlardan ibarət komanda isə A qrupunda Malta ilə qarşılaşacaq. Görüşün start fiti bu gün Bakı vaxtı ilə saat 16:30-da səslənəcək. Tahir Baxşıyevin yetirmələri daha əvvəl ev sahibi Albaniyaya məğlub olub, Moldovaya isə qalib gəlib.