Paris-2024-də Azərbaycan komandasının bayraqdarları müəyyənləşib 

Paris-2024-də Azərbaycan komandasının bayraqdarları müəyyənləşib 

Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib.

İyulun 26-da keçiriləcək açılış mərasimində bu funksiyanı qadın cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcəklər.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.

Paris-2024-də Azərbaycan komandasının bayraqdarları müəyyənləşib