Bilet satışında yeni rekord

Bilet satışında yeni rekord

 

Paris-2024 Yay Olimpiya Oyunlarına indiyədək rekord sayda bilet satılıb. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idman direktoru Keith McConnell mətbuat konfransında bu barədə məlumat verib. “8,8 milyondan çox bilet satılıb. Bu inanılmaz rəqəmdir. Bundan əvvəl rekord 1996-cı ildə Atlantada keçirilən olimpiadaya məxsus idi. Həmin vaxt 8,3 milyon bilet satılmışdı”, - deyə BOK-un idman direktoru bildirib.