Qadın cüdoçumuz olimpiadayla erkən vidalaşdı

Qadın cüdoçumuz olimpiadayla erkən vidalaşdı

BOK

27.07.2024, 12:23

Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən cüdo yarışlarına start verilib.  Şan-de-Mars arenada keçirilən cüdo yarışlarının ilk günündə təmsilçimiz Leyla Əliyeva da tatami üzərinə çıxıb.  -48 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/16 finalda Özbəkistan təmsilçisi Xalimajon Kurbanovla qarşılaşıb. Təəssüf ki, cüdoçumuz ilk görüşdə məğlub olaraq turnirlə vidalaşıb.  Qeyd edək ki, bu gün daha bir cüdoçumuz Balabəy Ağayev (-60 kq) də tatami üzərinə çıxacaq. 

​​​​​

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR