Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
İdmançımız E qrupunun ilk matçında avstriyalı Kollins Filimonla qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 2:0, (21:18, 21:11).
Qeyd edək ki, E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.