Asiyalı idmançı Olimpiya rekordunu yenilədi

Asiyalı idmançı Olimpiya rekordunu yenilədi

Paris-2024 Yay Olimpiya Oyunlarında rekordlar yenilənməkdə davam edir. Koreyalı atlet Oh Ye-jin 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında qızıl medal qazanıb.

19 yaşlı koreyalı idmançı 243,2 bal toplayaraq rusiyalı Vitalina Batsaraşkinaya məxsus Olimpiya rekordunu yeniləyib. Rusiyalı idmançı Tokio-2020-də 240,3 xalla rekorda imza atmışdı. Məlumat üçün bildirək ki, bu məsafədə dünya rekordu serbiyalı Zorana Arunoviçə (246,9 xal) məxsusdur.