Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində uzun müddətdən sonra səhnəyə çıxan müğənni Selin Dionun geyindiyi libas böyük marağa səbəb olub. Bildirilir ki DIOR moda evi onun üçün muncuqlu heyrətamiz bir paltar hazırlayıb. Moda dizaynerləri geyimin hazırlanması üçün 1000 saatdan çox vaxt sərf ediblər. Əsas məqam ondan ibarətdir ki, Dionun geyimi tamamilə əl əməyinin məhsuludur.
Müğəninin geyimi üçün dizaynerlər 1000 saat vaxt sərf ediblər