Bu gün Parisdə keçirilən Yay Olimpiya Oyunları çərçivəsində braziliyalı sörfçü Qabriel Medinanın yarışda çəkilmiş fotosu dünya mediasının manşetinə çevrilib. Görüntülərdə idmançının taxtası ilə birlikdə sanki yerdən yuxarı qalxdığı görünür. Həmin foto Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında da yer alıb.
“Qabriel Medina və Ana Təbiət “Olimpiya Fotoqrafiyası”nı yaratmaq üçün birləşdilər”, - deyə fotonun altından bu sözlər yazılıb.
Məlumat üçün bildirək ki, yarışın üçüncü raundunun beşinci yarışında o, yaponiyalı rəqibi Kanoa İqaraşidən üstün olub.